Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanda səfərdədir.
"Unikal" xəbər verir ki, fevralın 8-dən 10-dək davam edəcək səfər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə baş tutub.
Səfərin məqsədi Azərbaycan-Moldova əməkdaşlığını, xüsusilə də Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti kontekstində ticarət-iqtisadi, investisiya və enerji sahələri üzrə əməkdaşlığı gücləndirməkdir.
Fevralın 9-da hər iki dövlətin nümayəndə heyətlərinin görüşündən sonra Niku Popesku və Ceyhun Bayramovun danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransı baş tutacaq.