Moldova azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar Azərbaycana dəstək vermək niyyətini ifadə edib.
"Unikal"ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku ilə birgə mətbuat konfransında deyib.
C.Bayramov qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri ilə bağlı ən böyük təhlükə minalardır. “Bu barədə hörmətli həmkarıma məlumat verdim və cənab nazir bu istiqamətdə Azərbaycana dəstək göstərmək istəklərini ifadə etdi”, - deyə nazir bildirib.