"Rusiya UNESCO-nun Azərbaycana və Ermənistana mümkün qədər tez missiyasının təşkilinin tərəfdarıdır".
"Unikal" xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bakı və İrəvanla müntəzəm təmaslarımız zamanı mədəni-tarixi irsin qorunması mövzusu müzakirə olunur. Biz UNESCO-nun regiona missiyasının ən qısa zamanda təşkil edilməsinin tərəfdarıyıq. Biz ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə də işləyirik”, - o bildirib.