"Silahlı Qüvvələrin maddi-texniki təminatının daha yüksək səviyyədə təchiz edilməsi istənilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, Silahlı Qüvvələrə parlament nəzarəti olmalıdır:
"Silahlı Qüvvələr üzərində parlament nəzarəti təmin olunmalıdır. Bizdə hərbi qulluqçuların hüquqları barədə normalar yoxdur. Bu necə ola bilər? Konstitusion müddəaları heç olmasa bu qanuna daxil etməliyik. Çox təəssüf ki, bu gün Respublika Prokurorluğunda aparılan iş də onu göstərir ki, hərbçilərə Konstitusiya zidd tapşırıqlar, əmr və göstərişlər verilib, ayrı-ayrı şəxslər orta əsrlərə aid işgəncələrə məruz qalıb. Qanunun həcmi genişləndirilməli, qanunda hərbi qulluqçuların hüquqları da əksini tapmalıdır”.