İnzibati nəzarət icrası qaydasında aparılmış araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilib.
"Unikal" xəbər verir ki, bu, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzə”sində qeyd olunub.
Bildirilib ki, toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 15-i üzrə cinayət işi başlanıb, digərləri isə baxılmaqdadır.