Ötən il Azərbaycanda 76 878 ölüm halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən "Unikal"a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib.
Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21 004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46 334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.