“Azərbaycan tərəfinin bizi dəvət edəcəyi bütün layihələrə töhfə verməyə hazırıq”.
"Unikal" xəbər verir ki, bunu report-a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dek deyib.
Səfir su ehtiyatlarının idarəçiliyi, kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri, səhiyyə, “ağıllı şəhərlər” kimi sahələrdə təcrübələrini bölüşməyə hazır olduqlarını dilə gətirib.
Qarabağda icra edilən bərpa və yenidənqurma layihələrində İsrail şirkətlərinin yaxından iştirak etdiyini bildirən diplomat, həmçinin azad edilmiş ərazilərdə kibbutzların (İsraildə kollektiv icma növü-red) tikintisinə dair də Azərbaycan hökumətinə təkliflər göndərdiklərini deyib.
Səfir, həmçinin Zəngilanda heyvandarlıq, Ağdamda su təchizatı, enerji və başqa bölgələrdə də bərpa olunan enerji ilə bağlı layihələr olduğunu qeyd edib.