"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) aparat rəhbəri Gündüz Əbdülov vəzifəsindən azad edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.
TƏBİB-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, publik hüquqi şəxsin strukturunda aparılan dəyişikliyə əsasən aparat rəhbəri ştatı ləğv edilib.
Hüseyn İsgəndərov