Bakıda qadın narkotacir və daha 2 nəfər həbs edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Nəticədə narkotik vasitələrin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 5 kiloqramdan artıq müxtəlif xassəli narkoik vasitə və psixotrop maddə çıxarılıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri ilk əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb. Bu şəxsdən 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Abşeron rayonn sakini Şahin Qurbanov və Lalə Məmmədova saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 50 qrama yaxın heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri qəbul ediblər. Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməyə, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Elvin Hüseynov, Şahin Qurbanov və Lalə Məmmədova barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.