Millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti videoformatda qəbul keçirib.
"Unikal" xəbər verir ki, qəbulda bir çox məsələlər müzakirə edilib. Seçicilər sosial sahədəki problemləri barədə deputata müraciət ediblər. Şəxsi məişət problemləri, işlə təminat və digər məsələlər də müraciətlər sırasında olub. Müraciətlərin hamısı qeydiyyata alınıb. Deputat bir neçə məsələ ilə bağlı köməkçisinə müvafiq tapşırıqlarını verib. Bəzi məsələlərə dair əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.
Ehtiyacı olanlara müvafiq humanitar yardımların edilməsi nəzərdə tutulub.