ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson və tanınmış azərbaycanlı müğənni Eldar Qasımov ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklərini nümayiş etdirmək üçün elektromobillə gəzintiyə çıxıblar.
"Unikal" xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib. Onlar "carpool karaoke" tərzində mahnı ifa ediblər.