"Rokki" filmində canlandırdığı obrazlarla yadda qalan aktyor Frenk Peşe dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, amerikalı aktyor 74 yaşında Kaliforniyada vəfat edib.
Ölüm aktyorun uzun müddətdir əziyyət çəkdiyi demensiya (əqli qabiliyyətin pisləşməsi) ilə bağlı fəsadlar səbəbindən baş verib.
Qeyd edək ki, Frenk həmçinin kino sahəsində prodüser, ssenarist və kaskadyor kimi də fəaliyyət göstərib. Onun aktyorluq debütü 1976-cı ildə "Polis əhvalatı" adlı ekran işi ilə olub. Silvestr Stallone və Toni Danza kimi aktyorların isə yaxın dostu olub. Aktyorun övladı olmayıb.