“Baku Steel Company” şirkətinin əməkdaşları oğurluğa görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, fevralın 15-də Yevlax şəhəri ərazisində yerləşən Taxıl Məhsulları Kombinatına gedən dəmir yolu xəttinin 100 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərən “Baku Steel Company” şirkətinin 5 nəfər işçisi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.