Azərbaycan ilə Serbiya arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbi aradan qaldırılıb.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev fevralın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış Sazişin təsdiq edilməsi haqqında Qanunu imzalayıb.