Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elgin Şirin oğlu Həbibullayev və Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Coşqun Adil oğlu Cəbrayılov kollektivə təqdim olunublar.
"Unikal" xəbər verir ki, yeni icra başçıları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edilib.
Zeynal Nağdəliyev təqdimatda çıxış edib və dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Elgin Həbibullayev və Coşqun Cəbrayılov onlara göstərilən etimada görə minnətdarlıq ediblər.