Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, “Siren Trading” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 7070 kiloqram un və un məmulatları, dənli paxlalı bitkilər, şəkər və digər məhsullar “Təhlükəli tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.