Ötən il Ali Məhkəmənin ləğv etdiyi qərarların sayı 2 500-dən çox olub.
"Unikal" xəbər verir ki, bu barədə fevralın 18-də Ramiz Rzayevin sədrliyi ilə keçirilən Ali Məhkəməsinin Plenumunda məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə ləğv olunan məhkəmə qərarlarının sayında artım olub. Belə ki, ötən il 2 520 qərar Ali Məhkəmə tərəfindən ləğv edilib. Bu da 2020-ci illə müqayisədə 572 qərar daha çoxdur.