Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Klaar tvitter sosial şəbəkəsindəki hesabında bildirib.
“Bakıya qayıtdığım üçün çox şadam. Avropa İttifaqının öhdəliyini və növbəti addımları müzakirə etmək üçün sabah danışıqları gözləyirik”, - o qeyd edib.
Qeyd edək ki, fevralın 21-də T.Klaar Bakıda ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.
Glad to be back in Baku. Looking forward to discussions tomorrow to follow up on 🇪🇺 engagement and discuss next steps. pic.twitter.com/pbbeVGCEQq
— Toivo Klaar (@ToivoKlaar) February 20, 2022