"AVRONEST Parlament Assambleyasının növbəti iclası İrəvanda keçirilir. İclasda komitələrin birgə iclaslarında müxtəlif məsələlər müzakirə ediləcək".
"Unikal" xəbər verir ki, bunu AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, AVRONEST Parlament Assambleyasının İqtisadi inteqrasiya, sosial məsələlər, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin birgə iclasında 2 sənəd müzakirə olunacaq.
Birinici sənəd, “Paytaxt şəhərlər: post Covid-19 reallıqlarında iqtisadi inkişaf” mövzusunda olacaq. Bu sənədin müəllifi Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilidir.
İkinci sənəd, “Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrinin vaksinasiya proqramlarının uyğunluğu” mövzusunda olacaq. Bu sənədin müəllifi isə Aropa Parlamentinin üzvü Juozas Olekasdır. İclasda müzakirələr bu 2 məsələ üzərində olacaq.
"Bütün məsələlər üzrə Azərbaycan nümayəndə heyəti müzakirələrdə aktiv iştirak edərək Azərbaycanın və regionun gələcək çağırışlara yaxşı hazırlaşması üçün ölkəmizin baxışını və planlarını açıqlayacaqlar", - deyə T.Mirkişili bildirib.