2021-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 6490 şəxs müəyyən edilib.
Bu barədə "Unikal"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirib ki, onların 36,8 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin 98,7 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,3 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.