Göyçay rayonunda güllələnmə hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saat 22:00 radələrində şəhərdəki kafelərdən birində qeydə alınıb.
Göyçay sakini, 1979-cu il təvəllüdlü Cavanşir Şükürov ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.
Onun kim tərəfindən öldürüldüyü hələ ki, məlum deyil.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.