Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında Avstriyanın Vyana şəhərində görüş baş tutub.
"Unikal" xəbər verir ki, tərəflər münasibətlərin normallaşması istiqamətində konkret addımları müzakirə ediblər.
Danışıqların ikinci raundunda Ruben Rubinyan və Serdar Kılıç təsdiqləyiblər ki, yekun məqsəd Moskvada keçirilən ilk görüşdə deyildiyi kimi Ermənistan və Türkiyə arasında tam hüquqlu nizamlanmadır.
Proses ilkin şərtlərsiz davam etdiriləcək.