NATO baş katibi Yens Stoltonberq Rusiya Prezidenti Vladimir Putinin ordunun strateji çəkindirmə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə əmrinə münasibət bildirib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, NATO baş katibi deyib ki, Rusiya Prezidentinin bəyanatı vəziyyətin ciddiliyini göstərir.
Y. Stoltonbperq bildirib ki, Qomeldə aparılacaq danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenskiyə tam etimad edir. Onun sözlərinə görə, NATO Ukraynaya hava hücumu və tank əleyhinə silahların tədarükünü artırır.