Qlobal banklararası məlumat və ödəniş sistemi olan SWIFT Rusiya banklarına qoyulan məhdudiyyətlər haqqında ətraflı öyrənmək üçün Avropa İttifaqı (Aİ) səlahiyyətliləri ilə işləyir və sərəncama uyğun hərəkət etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Belçikada yerləşən qlobal maliyyə təşkilatları kooperativi özünün neytral olduğunu və ayrı-ayrı qurumlardan alınan, yalnız səlahiyyətli dövlət orqanları və müvafiq qanunverici orqanlar tərəfindən verilən sifarişlər əsasında fəaliyyət göstərdiyini bildirib.
"Biz yeni tədbirlərə məruz qalacaq qurumlar haqqında təfərrüatları öyrənmək üçün Avropa səlahiyyətliləri ilə əlaqə saxlayırıq və qanunvericilik sərəncamlarına uyğun olaraq onları həyata keçirməyə hazırlaşırıq", - təşkilat bildirib.