Fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan "Unikal"a daxil olan məlumatda deyilir:
"Aparılmış ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytac Piriyevaya bıcaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".