Ukrayna danışıqlarında iştirak edəcək rusiyalı müzakirəçinin sözlərinə görə, bağlanacaq razılaşma hər iki tərəfin maraqlarına uyğun olmalıdır.
"Unikal" xəbər verir ki, o, Rusiyanın Ukrayna ilə tez bir zamanda razılaşmaq istədiyini vurğulayıb.
Bildirək ki, bu gün Belarusun Qomel şəhərində Rusiya və Ukrayna arasında danışıqlar aparılacaq. Bu barədə Belarusun Xarici İşlər Nazirliyi danışıqların keçiriləcəyi məkanın artıq hazır olduğunu açıqlayıb.
Gülayə Mecid