Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, şöbəyə Buzovna qəsəbəsində yaşayan əvvəllər məhkum edilmiş Anar Qocayevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 9 ədəd patron aşkar edilərək götürülüb.
Rüfət İbrahimov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Xəzəri Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Anar Qocayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.