Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına üzvlüyü üçün müraciət ərizəsini imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ali Radanın "Twitter" səhifəsində paylaşım edilib.
xxx
13:10
Ukrayna Prezidenti Volodimir Zelenskinin növbəti müraciəti yayımlanıb.
"Unikal" Ukrayna Prezidentinin ofisinə istinadən xəbər verir ki, Zelenski ölkəsinin xüsusi prosedur qaydasında Avropa İttifaqına üzv qəbul olunmasını xahiş edib.
“Mən prezidentliyə gedərkən hər birimizin Prezident olacağını söyləyirdim. Çünki hər birimiz dövlətimiz üçün cavabdehik. Bizim gözəl Ukraynamız üçün. İndi isə elə oldu ki, hər birimiz döyüşçüyük. Döyüşçü öz yerindədir. Və əminəm ki, hər birimiz qalib gələcəyik”, - deyə Zelenski söyləyib.