Azərbaycanda əlilliyi olan şəxslərə də güzəştli kreditlərin verilməsi təklif edilir.
"Unikal"ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Belə ki, hesabatda əlilliyi olan şəxslərin, habelə qadınların sahibkarlıq fəaliyyətinə daha aktiv cəlb olunmasını təmin etmək məqsədi ilə güzəştli kreditlərin verilməsi, vergi güzəştlərinin tətbiq edilməsi və bu kimi digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi mexanizminin işlənib hazırlanması təklif edilir.