Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirədəki çıxışında polis sahə inspektorlarının təkmilləşdirilməsinin zəruriliyinə toxunaraq müvafiq tapşırıqlar verib.
"Unikal"xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov deyib.
Nazir bildirib ki, 2021-ci ilin noyabr ayında Daxili İşlər Nazirliyinin ştat strukturu yenidən hazırlanarkən nazirlik üzrə mövcud olan sahə inspektorunun ştat sayı artırılıb, muxtar respublikada mövcud olan hər bir inzibati ərazi dairəsi üzrə 1 polis sahə inspektoru ştatının yaradılması təmin olunub.
Eyni zamanda sahə inspektorlarının fəaliyyətinə nəzarətin və işin səmərəsinin artırılması məqsədilə onların tabeçilik üzrə xidmət sahəsi olan şəhər, rayon polis idarələrinin ictimai təhlükəsizlik şöbələrinə 1 baş inspektor ştat vahidi əlavə edilib, həmin strukturların statusunun yüksəlməsi ilə əlaqədar polis sahə inspektorlarının aylıq əməkhaqqı orta hesabla 23,7 faiz artırılıb.
Anar Kəlbiyev