"Bu günə qədər 2 mindən çox azərbaycanlı Ukraynanı tərk edib".
"Unikal" xəbər verir ki, bunu İTV-nin efirində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
“Vətəndaşlarımızın təxliyəsi üçün dövlət başçısının tapşırığı ilə bilavasitə çarter reysləri təşkil olunub. Bu gün artıq üçüncü çarter reysi həyata keçiriləcək. İlk iki çarter reysi fevralın 28-i baş tutub. İlk reys 168, növbəti reyslə isə 174 vətəndaşımız təxliyə edilib. Bu gün isə növbəti 168 nəfərin vətənə dönüşü gözlənilir. Bugünkü çarter reysində xüsusilə qadınlar, uşaqlar, həssas qrup adlandırdığımız şəxslər üstünlük təşkil edir”, - deyə Leyla Abdullayeva qeyd edib.