Gürcüstanda ötən sutkada daha 3 840 nəfərdə koronavirus aşkarlanıb, 32 nəfər vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da indiyədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 616 159-a, ölənlərin sayı isə 16 231-ə çatıb.

Son bir gündə 4 692, ümumilikdə isə 1 517 856 nəfər müalicə olunaraq sağalıb.