“Piylənmənin ən çox rast gəlinən səbəbi həddindən artıq yüksək karolili qidalar yemək və hərəkətsizlikdir”.
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Onun sözlərinə görə, bir insanda nəzərə çarpacaq dərəcədə artıq çəki varsa, bu heç də piylənmə deyil: “Piylənmə gözlə də müəyyən edilə bilər. Hesablama proqramları var, çəki ilə boy nisbətinə baxıla bilər. Hər kəs çəkisini boy kvadratlarına bölərsə çəkisinin artıq olub-olmamasını müəyyənləşdirə bilər”.
A.Əkbərzadə qeyd edib ki, cəmiyyətdə adətən normal çəkili uşaqları sevmirlər: “Hesab edirlər ki, kök uşaq daha sağlam olur. Yetkinlik dövründə piylənmədən əziyyət çəkənlər 80 % halda kök olaraq qalır. Yalnız 5 % halda çəki atmaq olur. Ağırlaşmalar yetkin və orta yaşda daha çox müşahidə oluna bilər”.