Ötən il cinayət törədən qadınların sayı artıb.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,5 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,6 faiz təşkil edib.
2020-ci il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 34,4 faiz artıb, 14-17 yaşda olan uşaqların sayı isə 10,1 faiz azalıb.