“Daha 200 azərbaycanlı Odessadan Moldova sərhədinə yola salınıb”.
"Unikal" xəbər verir ki, bu barədə "Birlik" Odessa azərbaycanlıları Diaspora təşkilatının rəhbərlərindən biri Anar Natiqoğlu bildirib.
“Birlik" Odessa diaspor təşkilatı olaraq Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi ilə bu gün daha 200-ə yaxın soydaşımızı şəhərimizdən Moldova sərhədinə təxliyəsini uğurla başa çatdırdıq. Tanrı dövlətimizi, millətimizi var eləsin”, - o qeyd edib.