Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev qanunu imzalayıb.
Sənədə əsasən, 2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.