Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, martın 2-də saat 21 radələrində Yevlax rayonunun Duzdağ kəndi ərazisində Faiq Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobili qarşıda gedən “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Araşdırma aparılır.