Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsini həyata keçirən növbəti çarter reysi Bakıya enib və 201 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
"Unikal" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) məlumat yayıb.
Məlumata görə, AZAL-ın Rumıniyanın Yassı şəhərindən həyata keçirilən çarter reysləri ilə 201 nəfər, o cümlədən 18 körpə ölkəyə gətirilib.