"Müdafiə Nazirliyində son vaxtlar aparılan yoxlamalar məni sevindirir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, nazirliyin strukturunda olan köstəbəkləri aradan qaldırmalıyıq.
F.Mustafa qeyd edib ki, Qarabağda müəyyən işlər hələ də qalır: “Qarabağı müəyyən ünsürlərdən təmizləmək üçün biz Müdafiə Nazirliyini təmizləməliyik. Tərtər hadisələrində, savaşda da bunu gördük. Əsas orda oturan divləri tutmaq lazımdır. Hansısa kiçik məmurun əli ilə bu oğurluq baş verə bilməz. Biz müsadirə olunan vəsaitləri hərbçilərə verməliyik. Azərbaycan hərbçisinin həyat şəraitini yaxşılaşdırmalıyıq. Sonradan haqqı pozulmuş hərbiçinin, zabitin haqqını bərpa etmək olmur. Onların çoxu xəstəlik tapır. Hamılıqla ordunu qorumaq üçün ölkə Prezidentinin bu istiqamətdə apardığı işi dəstəkləməliyik”.
Anar Kəlbiyev