Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini qəbul edib.

"Unikal"ın xəbərinə görə, məruzə müzakirə edildikdən sonra səsverməyə çıxarılıb. Səsvermə nəticəsində məruzə qəbul olunub.

***11:35

Milli Məclisin iclası davam edir.

"Unikal" xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2021-ci il üzrə hesabatı müzakirə olunur.

Hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edir.

Təqdimatdan sonra deputatlar məruzəni müzakirə edəcəklər.

Anar Kəlbiyev