Azərbaycanda Vətən müharibəsində iştirak edən könüllülərlə bağlı təkliflər paketinin hazırlanması təklif edilib.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, müharibə veteranları ilə bağlı məsələ artıq öz həllini tapıb: “Ancaq könüllülərlə bağlı bəzi məsələlər açıq qalıb. Hesab edirəm ki, Vətən müharibəsində iştirak edən könüllülərlə bağlı təkliflər paketi hazırlanmalıdır”.
Anar Kəlbiyev