“Təhlükəli qidaların reyesteri yaradılır və reyester açıq olacaq”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
AQTA sədri bildirib ki, təhlükəli qidalara qarşı həyata keçirilmiş tədbirlər də reyesterdə açıq şəkildə göstəriləcək: “Eyni zamanda təhlükəli qidaların qeydiyyatı da aparılacaq”.
O əlavə edib ki, qanun qəbul olunandan sonra məhsulun bütün dövrlərində nəzarət həyata keçiriləcək:
"Qanunda ən əsas məqam yem təhlükəsizliyi məsələsidir. Bundan öncə qida məhsulları üzərində dövlət nəzarəti, sonra yem üzərində nəzarət və qeydiyyat məsələlərinə baxılırdı. Amma artıq qanun heyvan yemində olan məhsullara da bütövlükdə nəzarəti həyata keçirmək imkanı verəcək. Eyni zamanda qida məhsullarının izlənməsi ilə bağlı məsələ də var. Bu məsələdə çox ciddi nəticə əldə edəcəyik. Artıq hər hansı qidanın təhlükəsizliyind hər hansı problem baş verərsə, izləmə prosesi nəticəsində problemin ilk mənbəyinə çıxa biləcəyik”.
Anar Kəlbiyev