Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlunu qarşılayıb.
"Unikal" xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində məlumat paylaşılıb.
“Nazir Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunu salamlayır”, - qeyd olunub.