Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) 2020-ci ili 98,724 milyon manat zərərlə başa vurub.
"Unikal" Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 29,1% çoxdur.
Son nəticədə qurumun yığılmış zərəri 81,8% artaraq 219,354 milyon manat olub.
2020-ci ildə BNA-nın əsas əməliyyat gəlirləri 9,936 milyon manat (36% az), sair əməliyyat gəlirləri 248 min manat (2019-cu ilə nisbətən 74,4% az), xarici valyuta ilə əməliyyat gəlirləri 26 min manat (2019-cu ildə zərər olub), digər gəlirləri 550 min manat (2019-cu ildə zərər olub), əməliyyat xərcləri 31,479 milyon manat (81,8% çox) əmək haqqı və işçilərlə bağlı digər xərcləri 6,356 milyon manat (42,8% çox), amortizasiya xərcləri isə 71,648 milyon manat (4,5% çox), təşkil edib.
2021-ci il yanvarın 1-nə BNA-nın aktivləri 543,275 milyon manat olub ki, bu da illik müqayisədə 14,1% çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 30,55% artaraq 8,218 milyon manata, balans kapitalı isə 13,9% artaraq 535,057 milyon manata çatıb.