Bu gün keçirilən buraxılış imtahanında 4 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Dövlət İmtahan Mərkəzindən "Unikal"a verilən məlumata görə, bundan başqa, 1 imtahan nəzarətçisində mobil telefon aşkar edildiyi üçün, digər 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb.
Qeyd olunan hallar araşdırılır və həmin nəzarətçi-müəllimlərlə bağlı Təhsil Nazirliyinə müraciət olunacaq.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.