Türkiyədə yayımlanan "Mahkum" serialına yeni aktyor daxil olacaq. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Talat Bulut rol alacaq. Sonuncu dəfə "Yasak elma" serialında rol alan aktyor "Sinyor" obrazına həyat verəcək. 

Qeyd edək ki, ekran işinin baş rollarını Onur Tunayla İsmayıl Hacıoğlu paylaşır.