Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin 3-cü faza sınaqları başlayır.
"Unikal" xəbər verir ki, sabah Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir.
Martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq.
Qeyd edək ki, "TURKOVAC"ın Türkiyədən xaricdə ilk sınağı Azərbaycanda reallaşacaq.