Müharibə nəticəsində Ukraynanın nəqliyyat infrastrukturuna dəyən ziyan 10 milyard dollardan çoxdur.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov deyib.
“Nəhayət ötən həftə biz yalnız nəqliyyat infrastrukturuna dəyən ziyanı hesabladıq. Atəş nəticəsində avtomobil yolları, dəmir yolu və avadanlığı, hava limanlarına ziyan dəyib, dağılıb. Ötən həftə bu ziyan 10 milyard dollardan artıq olub”, - Kubrakov bildirib.
Nazir qeyd edib ki, obyektlərin əksəriyyəti bir ilə, ən mürəkkəb və böyük komplekslər isə 2 ilə bərpa olunacaq.