Bakıda və Abşeron yarımadasında martın 9-u axşamdan 10-u səhərədək arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Unikal"-a verilən xəbərə görə, gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 10-dan 11-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında
Martın 9-da günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 13-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.
Qeyd: İkinci ongünlükdə ölkə ərazisində birinci ongünlüyə nisbətən hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı, temperatur rejiminin aşağı olacağı gözlənilir.