2021-ci ildə ölkədə davam edən koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri üçün faktiki olaraq 800,8 mln. manat (o cümlədən, dövlət büdcəsinin vəsaitindən 520,9 mln. manat, İcbari tibbi sığorta fondunun vəsaitindən 279,9 mln. manat) istifadə olunub.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Bildirilib ki, vəsaitin 314,1 mln. manatı vaksinlərtin alınmasına, 165,8 mln. manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 mln. manatı modul tipli xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi lavazimatlar, avadanlıqlar və digər malların və xidmətlərin alınmasına, 46,1 milyon manatı COVİD-19 testlərinin (reagentlərin) alınmasına, 20,8 mln. manatı özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tam təsərrüfat hesablı tibb müəssisələrinin fəaliyyətinin təmin edilməsinə, 5,0 mln. manatı karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə xərclərin ödənilməsinə və 0,8 milyon manatı Naxçıvan Muxtar Respublikasına pandemiya ilə mübarizə tədbirlərinə istifadə olunub.